yayın cırcıraması (iyul-avqust ayları)

the canicular days знойные дни (конец июля начало августа)
yayılmaq (dedi-qodu haqqında)
yaz başı töylədən buraxılan dana kimi
OBASTAN VİKİ
Yayın balığı
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
İyul
İyul— Qriqorian təqvimi ilə ilin yeddinci ayıdır. 31 gündən ibarətdir.
Avqust
Avqust — Qriqori təqviminin 8-ci ayı. 31 gündən ibarətdir Əvvəllər bu ay "seks stili." adlanıb (latın dilindəki lat. Sextilis — "altıncı" sözündən) və 29 gündən ibarət olub. Yuli Sezar Roma təqvimində islahatlar aparan zaman e.ə. 45-ci ildə daha iki günü bu aya əlavə edib və bununla da ona indiki görkəmini verib. Avqust ayı öz adını Roma imperatoru Oktavian Avqustdan alıb. Roma senatı e.ə. 8-ci ildə imperatorun həyatında xüsusilə xoşbəxt dövrü təşkil edən bu aya onun adını verib. Makrobinin sitat gətirdiyi Senatus consultum-a görə Oktavian bir neçə möhtəşəm qələbəsi, o cümlədən Misirin fəth olunması bu aya təsadüf etdiyinə görə onu öz ayı seçib. Bu cür şərəfə bundan əvvəl senat Yuli Sezarı layiq bilib və onun adına uyğun olaraq "kvintili" (latın dilindəki lat.
Yayın 500 günü
Yayın 500 günü (ing. 500 Days of Summer, və ya Sammerin 500 günü) — Rejissor Mark Vebb tərəfindən ekranlaşdırılmış ABŞ istehsalı romantik komediya-dram filmi. Əsas rolları Cozef Qordon-Levitt və Zoui Daşanel canlandırıb. İlk dəfə 25-ci Sandens Film Festivalında nümayiş olunan filmin, paylanma hüquqları Fox Searchlight Pictures-ə məxsusdur. 7.5 milyon dollar büdcə ilə istehsal olunan film, beynəlxalq kinoteatrlarda 60 milyon dollardan artıq gəlir əldə edib. Bəzi tənqidçilər filmi 2009-cu ilin ən yaxşı filmlərindən biri hesab edirlər. Film ən yaxşı sserariyə görə Peyk və Spirit mükafatına layiq görülüb, həmçinin Qızıl qlobus mükafatına namizəd olub.. Tom Hansen təbrik kartlarının hazırlandığı şirkətdə işləyən memardır. Günlərin birində o, yeni işçi olan Sammer ilə tanış olur. Onlar musiqi zövqlərinin oxşar olduğunu aşkar edirlər.
10 iyul
10 iyul — Qriqorian təqvimində ilin 191-ci günü. (uzun ildə 192-ci) Bu tarixdə ilin sonuna 174 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 iyun tarixinə uyğun gəlir. 1890 — Vayominq ABŞ-nin 44-cü ştatı olub. 1960 — SSRİ milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1991 — Boris Yeltsin ilk seçilmiş Rusiya prezidenti kimi vəzifəyə başlayıb. 2016 — Portuqaliya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 2019 — Sonuncu Volkswagen Beetle Meksikanın Puebla şəhərində istehsal edilib. 5961 "Xüsusi buraxılış" avtomobilindən sonuncusu muzeydə sərgilənib. 2021 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.
11 iyul
11 iyul — Qriqorian təqvimində ilin 192-ci günü. (uzun ildə 193-cü) Bu tarixdə ilin sonuna 173 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 iyun tarixinə uyğun gəlir. 1804 — ABŞ-nin vitse-prezidenti Aaron Burr dueldə keçmiş maliyyə naziri Aleksandr Hamiltonu ölümcül yaralayıb. 1960 — ABŞ-də ilk dəfə Harper Linin "Bülbülü öldürmək" romanı nəşr olunub. 1979 — Paraqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1982 — İtaliya milli futbol komandası 1982 FİFA Dünya Kubokunu qazanıb. 2010 — İspaniya milli futbol komandası 2010 FİFA Dünya Kubokunu qazanıb. 2021 — İtaliya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.
12 iyul
12 iyul — Qriqorian təqvimində ilin 193-cü günü. (uzun ildə 194-cü) Bu tarixdə ilin sonuna 172 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 iyun tarixinə uyğun gəlir. 1975 — San-Tome və Prinsipi Portuqaliyadan müstəqilliyini elan edib. 1987 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 2020 — Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Tovuz döyüşləri baş vermişdir. E.ə.
13 iyul
13 iyul — Qriqorian təqvimində ilin 194-cü günü. (uzun ildə 195-ci) Bu tarixdə ilin sonuna 171 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 iyun tarixinə uyğun gəlir. 1977 — Somali Efiopiyaya müharibə elan edərək Oqaden müharibəsinə başlayıb. 2014 — Almaniya milli futbol komandası 2014 FİFA Dünya Kubokunu qazanıb. 2012 — ASAN xidmət təsis edilib.
14 iyul
14 iyul — Qriqorian təqvimində ilin 195-ci günü. (uzun ildə 196-cı) Bu tarixdə ilin sonuna 170 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 iyul tarixinə uyğun gəlir. 1950 — Koreya müharibəsi: Taecon döyüşünün başlanması. 2002 — Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 2015 — NASA-nın Yeni Üfüqlər zondu Plutona ilk uçuşunu həyata keçirir və bununla da Günəş Sisteminin ilkin tədqiqatını tamamlayır. 2016 — Fransanın Nitsa şəhərində Bastiliya Günü münasibətilə keçirilən mərasimdə terrorçu yük maşını kütlənin üstünə sürüb və avtomobildən enərək insanlara atəş açıblar. Terror hücumu nəticəsində 867 nəfər ölüb, 434 nəfər yaralanıb. 1969 — Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi seçilmişdir.
15 iyul
15 iyul — Qriqorian təqvimində ilin 196-cı günü. (uzun ildə 197-ci) Bu tarixdə ilin sonuna 169 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 iyul tarixinə uyğun gəlir. 1799 — Rozetta daşı Misirin Rosetta kəndində Napoleonun Misir yürüşü zamanı fransız kapitan Pyer-Fransua Buşard tərəfindən tapılıb. 1983 — ASALA Parisin Orli beynəlxalq hava limanında terror aktı törətmişdir. 2007 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 2015 — Çili milli futbol komandası Amerika Kubokunu qazanıb. 2018 — Fransa milli futbol komandası 2018 FİFA Dünya Kubokunu qazanıb. 1997 — "Azpetrol" neft-qaz şirkəti təsis edilib.
16 iyul
16 iyul — Qriqorian təqvimində ilin 197-ci günü. (uzun ildə 198-ci) Bu tarixdə ilin sonuna 168 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 iyul tarixinə uyğun gəlir. 622 — Məhəmməd və onunla birlikdə ilk müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər. Bu hadisə hicri təqviminin başlanğıcı kimi qəbul edilir. 1212 — Las Navas de Tolosa döyüşü: Rekonkista zamanı, Papa III. İnnokentin çağırışı ilə İspaniyadakı Xristian krallıqları bir araya gələrək Məhəmməd Nasirin rəhbərliyi altında müsəlman Əl-Mühədlərini məğlub etdilər. 1377 — II Riçardın tacqoyma mərasimi keçirilmişdir. 1661 — Avropada ilk əskinas "Stockholms Banco" adlı İsveç bankı tərəfindən çap edilib və dövriyyəyə buraxılıb. 1782 — Volfqanq Amadey Motsartın "Saraydan qaçırılma" operası ilk dəfə səhnəyə qoyuldu. 1880 — Emily Stowe Kanadada ilk lisenziyalı qadın həkim olur.
17 iyul
17 iyul — Qriqorian təqvimində ilin 198-ci günü. (uzun ildə 199-cu) Bu tarixdə ilin sonuna 167 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 iyul tarixinə uyğun gəlir. 1916 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1942 — Tarixdə ən qanlı döyüş olan Stalinqrad döyüşü başlayıb. 1955 — Anahaymda ilk Disneyland Uolt Disneyə həsr olunmuş və onun tərəfindən açılmışdır. 1976 — XXI Yay Olimpiya Oyunları Monrealda keçirilib. 1989 — B-2 Spirit ilk uçuşunu edib. 1994 — Braziliya milli futbol komandası 1994 FİFA Dünya Kubokunu qazanıb. 2014 — Donetsk vilayətində "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzaya uğramışdır.
18 iyul
18 iyul — Qriqorian təqvimində ilin 199-cu günü. (uzun ildə 200-cü) Bu tarixdə ilin sonuna 166 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 iyul tarixinə uyğun gəlir. 1925 — Adolf Hitler "Mein Kampf" kitabını nəşr edib. 1968 — Kaliforniya ştatının Mauntin Vyu şəhərində Intel təsis olunub. 1999 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 2013 — 20 milyard dollara qədər borcu olan Detroyt hökuməti ABŞ tarixində ən böyük bələdiyyə iflasını elan edib. 1988 — SSRİ Ali Sovetinin Prezidiumu Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasına qərar verir.
19 iyul
19 iyul — Qriqorian təqvimində ilin 200-cü günü. (uzun ildə 201-ci) Bu tarixdə ilin sonuna 165 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 iyul tarixinə uyğun gəlir. 1870 — İkinci Fransa imperiyası və Prussiya arasında Fransa–Prussiya müharibəsi başlamışdır. 1900 — Paris metrosunun ilk xətti fəaliyyətə başlayıb. 1952 — XV Yay Olimpiya Oyunları Helsinkidə keçirilib. 1980 — XXII Yay Olimpiya Oyunları Moskvada keçirilib. 1996 — XXVI Yay Olimpiya Oyunları Atlantada keçirilib. 2019 — Əlcəzair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1996 — Azərbaycan və Mavriki arasında diplomatik əlaqələr qurulmuşdur.
1 iyul
1903 — İlk Tur de Frans velosiped yarışı keçirilib. 1904 — III Yay Olimpiya Oyunları Sent-Luisdə keçirilib. 1908 — SOS beynəlxalq təhlükə siqnalı kimi qəbul edilib. 1979 — Sony Walkman-ı təqdim edib. 1991 — Soyuq müharibə: Varşava müqaviləsi Praqada keçirilən iclasda rəsmi olaraq ləğv edilib. 2002 — Beynəlxalq Cinayət Məhkəməsi fərdləri soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətlərinə görə mühakimə etmək üçün yaradılıb. 2012 — İspaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1996 — Azərbaycan və İrlandiya arasında diplomatik əlaqələr qurulmuşdur. 1998 — Azərbaycan və Tunis arasında diplomatik əlaqələr qurulmuşdur.
20 iyul
20 iyul — Qriqorian təqvimində ilin 201-ci günü. (uzun ildə 202-ci) Bu tarixdə ilin sonuna 164 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 iyul tarixinə uyğun gəlir. 1402 — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq düzənliyində Ankara döyüşü baş vermişdir. 1944 — İkinci Dünya müharibəsi: Adolf Hitler ona qarşı Almanya Ordusu polkovniki Klaus von Stauffenberq tərəfindən cəhd edilən sui-qəsd cəhdindən sağ qurtuldu. 1969 Apollon proqramı: Apollon 11-in ekipajı Aya ilk insan enişini uğurla həyata keçirib. Amerikalılar Nil Armstronq və Bazz Oldrin altı saat yarım sonra Aya ayaq basan ilk insanlar oldular. Futbol müharibəsinin başlamasından 6 gün sonra Honduras və El Salvador arasında atəşkəs elan edilib. 1974 — Türkiyənin Kipə işğalı: Yunanıstan diktatoru tərəfindən prezident III Makariosa qarşı təşkil edilən dövlət çevrilişindən sonra Türkiyədən gələn qüvvələr Kiprə basqın edib. 2014 — Bakı bulvarında Park Bulvar ticarət mərkəzinin açılışı olub.
21 iyul
21 iyul — Qriqorian təqvimində ilin 202-ci günü. (uzun ildə 203-cü) Bu tarixdə ilin sonuna 163 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 iyul tarixinə uyğun gəlir. 1969 — Apollon proqramı: 02:56 UTC-də astronavt Nil Armstronq Aya ayaq basan ilk insan olmuşdur. 1983 — Yaşayış məntəqəsində dünyanın ən aşağı temperaturu Antarktidanın Vostok stansiyasında −89,2 °C (-128,6 °F) səviyyəsində qeydə alınıb. 1991 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1919 — Azərbaycan Demokratik Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında qərar qəbul edildi. Həmin sənədə əsasən, cinsindən, dilindən və milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün vətəndaşlar Müəssislər Məclisinə seçkilərdə iştirak edə bilərdilər. Bərabər, müstəqim və qapalı seçkilər əsasında Müsəssislər Məclisinə 120 üzv seçilməli idi. 1920 — Erməni quldur dəstələri Zəngibasara basqın etdilər.
22 iyul
22 iyul — Qriqorian təqvimində ilin 203-cü günü. (uzun ildə 204-cü) Bu tarixdə ilin sonuna 162 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 iyul tarixinə uyğun gəlir. 2011 — Norveçin paytaxtı Oslo şəhərində terrorçu Anders Berinq Breyvik terror aktları törətmişdir. 1875 — Həsən bəy Zərdabinin başçılığı ilə "Əkinçi" qəzeti nəşr edilmişdir.
23 iyul
23 iyul — Qriqorian təqvimində ilin 204-cü günü. (uzun ildə 205-ci) Bu tarixdə ilin sonuna 161 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 iyul tarixinə uyğun gəlir. 811 — Bizans imparatoru I Nikefor Bolqarıstanın paytaxtı Pliskanı qarət etdi və Krum xanın xəzinəsini ələ keçirdi. 1900 — Artan immiqrasiyanın təzyiqi nəticəsində, Kanada öz sərhədlərini yoxsulların və cinayətkarların üzünə bağlayıb. 1992 — Abxaziya Gürcüstandan müstəqilliyini elan edib. 1995 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 2021 — XXXII Yay Olimpiya Oyunları Tokioda keçirilib. 1993 — Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Ağdamı işğal edirlər.
28 iyul
28 iyul — Qriqorian təqvimində ilin 209-cu günü. (uzun ildə 210-cu) Bu tarixdə ilin sonuna 156 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 iyul tarixinə uyğun gəlir. 1914 — Birinci Dünya müharibəsi başlamışdır. 1928 — IX Yay Olimpiya Oyunları Amsterdamda keçirilib. 1984 — XXIII Yay Olimpiya Oyunları Los-Ancelesdə keçirilib. 2013 — ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 1989 — Bakıda Vaqif Mustafazadənin ev-muzeyi açılıb.
29 iyul
29 iyul — Qriqorian təqvimində ilin 210-cu günü. (uzun ildə 211-ci) Bu tarixdə ilin sonuna 155 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 iyul tarixinə uyğun gəlir. 1836 — Parisdə Zəfər tağının açılış mərasimi keçib. 1948 — XIV Yay Olimpiya Oyunları Londonda keçirilib. 1957 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təsis olunub. 1958 — ABŞ Prezidenti Duayt Eyzenhauer Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsini (NASA) yaradan Milli Aeronavtika və Kosmos Aktını imzaladı. 2001 — Kolumbiya milli futbol komandası Amerika Kubokunu qazanıb. 2007 — İraq milli futbol komandası Asiya Kubokunu qazanıb.
2 iyul
2 iyul — Qriqorian təqvimində ilin 183-cü günü. (uzun ildə 184-cü) Bu tarixdə ilin sonuna 182 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 iyun tarixinə uyğun gəlir. 1990 — Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində 1426 zəvvar həlak olmuşdur. 2000 — Fransa milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 2002 — Stiv Fossett hava şarında dayanmadan təkbaşına dünya ətrafında uçan ilk insan oldu.
İyul inqilabı
İyul inqilabı — 27 iyul 1830-cu ildə Fransada başlayan və Burbon sülaləsinin qəti şəkildə məhvinə, liberal monarxiyanın qurulmasına və Burbon restavrasiyasının sona çatmasına səbəb olan inqilab idi. Burbon restavrasiyası ekstremal royalistlər və liberallar arasında bir tarazlıq siyasəti güdən XVIII Louisin 1824-cü ildə ölümündən sonra qardaşı X.Çarles hakimiyyətə gəldi. X.Çarles ekstremal royalistlərin lideri idi və aristokratiya və kilsəni gücləndirən bir siyasi istiqamətə zərbə vuraraq, qardaşının tarazlıq siyasətindən imtina etdi. Bu xüsusilə liberallar tərəfindən sərt reaksiya gördü. Mühafizəkar baş nazir Villele dini və maddi marağı üstün tuturdu. 1827 seçkilərində o, liberallara güzəşt etməli olan Martignak ilə əvəz olundu. Bununla birlikdə Martignak hökuməti ümumi səs hüquqlarını genişləndirmək istəyən mötədillər və mövqelərini möhkəmləndirmək istəyən royalistlərin təmsil etdiyi burjua-aristokratiya ziddiyyətini həll edə bilmədi. Polignacın proqramı cəmiyyətin yenidən qurulmasına, ruhanilərin dövlət işlərində çəkisinə və imtiyazlarla təchiz edilmiş güclü bir aristokratiyaya əsaslanırdı. Bir il ərzində parlamenti yığa bilməyən Polignac, Əlcəzairi işğal edərək diqqəti cəlb etməyə və bununla da daxili gərginliyi azaltmağa çalışdı. 1830-cu ilin martında toplanan Nümayəndələr Palatasında Polignacın Ali Şuranın razılığı olmadan vəzifəyə təyin olunduğunu və baş nazirliyinin etibarsız olduğunu iddia etdildi.
İyul monarxiyası
İyul monarxiyası (fr. monarchie de Juillet) — Fransa tarixində Burbon restavrasiyasına son qoyan 1830-cu il İyul inqilabı ilə başlamış və İkinci Respublikanın qurulması ilə nəticələnən 1848-ci il Fevral inqilabına qədər davam etmiş dövr. 1830-cu il inqilabı liberal xarakter daşıyırdı: o, hakimiyyətin mürtəce tendensiyasından narazı olan burjuaziya tərəfindən həyata keçirilmişdir. Burada iştirak edən fəhlələr demokratik respublika üçün səy göstərirdilər. İnqilabın nəticəsi burjuaziyanın xeyrinə oldu. Belə ki, Burbonlar devrildilər və Orlean hersoqu Lui-Filipp taxta çıxdı. 14 avqust 1830-cu ildə, parlamentin səlahiyyətlərini bir qədər daha da genişləndirən və üstünlüklərini daha yaxşı dəstəkləyən Yenilənmiş Xartiya nəşr olundu. Edward Berenson, Populist Religion and Left-wing Politics in France, 1830–1852, Princeton University Press, 1984, 308 p. (ing.) Adèle d'Osmond, comtesse de Boigne, Mémoires de la comtesse de Boigne née d’Osmond, publiés pour la première fois en 1907 : chronique irremplaçable de la vie publique sous la Restauration et la monarchie de Juillet. Hugh Collongham, The July Monarchy : a Political History of France (1830–1848), London, Longman, 468 p.
İyul qurbanları
İyul qurbanları ( xorv. Srpanjske žrtve ) 29 iyul 1845 -ci ildə Avstriya İmperator Ordusu ilə toqquşmada həlak olan Xorvatiya Xalq Partiyasının üzvləri idi. 1845-ci ildə Xorvatiyanın paytaxtının da daxil olduğu Zaqreb vilayətində yerli hökumət seçkiləri keçirildi. Xorvat-macar partiyası namizədi səsvermənin nəticələrini saxtalaşdıraraq qalib gəlib . Seçkilərin nəticələri elan edildikdən Xalq partiyasının üzvləri qalibləri səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandıraraq etiraz etmək üçün Müqəddəs Mark meydanına çıxdılar Macar əsilli Frans Haller Avstriya ordusunu meydanı etirazçılardan təmizləməyə çağırdı. Ordu bu əmri yerinə yetirməyə başlayanda etirazçılardan biri olan Mirko Boqoviç qılıncla ordu zabitinə hücum etdi. Boqoviçə atəş açan əsgər onun müdafiəsinə qalxdı. Digər əsgərlər bu atəşi atışa başlamaq əmri kimi qəbul etdilər . İzdihamın üzərinə açılan yaylım atəşi nəticəsində 13 etirazçı həlak olmuş, 27 nəfər yaralanmışdır . Daha sonra sonunculardan altı nəfər aldığı yaralardan dünyasını dəyişdi .